AZ

Amerikalı aktyor qətlə yetirildi

Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.

Teleqraf.cim xəbər verir ki, bu barədə “Skynews” məlumat yayıb.

Qeyd olunub ki, aktyor Los-Ancelesdə güllələnib.

Los-Anceles Polis Departamentinin məlumatına görə, hadisə Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib.

Bildirilib ki, Vaktorun avtomobilindən bahalı hissəni oğurlamağa çalışan 3 maskalı şəxs aktyora atəş açıb.

Xəstəxanaya çatdırılan 37 yaşlı aktyor aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, C. Vaktor “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
3
teleqraf.com

10Mənbələr