AZ

Amerikalı aktyor öldürüldü

Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Skynews” məlumat yayıb.

Qeyd olunub ki, aktyor Los-Ancelesdə güllələnib.

Los-Anceles Polis Departamentinin məlumatına görə, hadisə Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib.

Belə ki, xəstəxanaya çatdırılan 37 yaşlı Vaktor aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, C. Vaktor “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
12
qafqazinfo.az

10Mənbələr