AZ

Azərbaycanda kasko sığortaya maraq niyə azdır?

Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda mövcud olan 1 milyon 700 minə yaxın avtomobildən cəmi 43 min avtomobilin kasko sığortası mövcuddur. Bu isə ümumi avtonəqliyyat vasitələrinin cəmi 3 faizini təşkil edir. 

Mövzu ilə bağlı sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov "Operativ Media"ya bildirib ki, Azərbaycanda kasko sığorta mexanizminə tələbatın az olmasının bir neçə səbəbi var:

"Kasko sığorta mexanizminə tələbatın az olmasının bir neçə səbəbi var. Əsas səbəb isə Azərbaycanın avtomobil parkının köhnə olmasıdır”.

Ekspertin sözlərinə görə, sığorta şirkətləri kasko sığorta üçün yol nəqliyyat hadisəsi baş verdikdən sonra həddindən artıq sənəd tələb etdiyinə görə vətəndaşlar bu sığorta növünə müraciət etməkdən imtina edirlər

"Həddindən artıq sığorta müqaviləsində çox sərt müqavilələr bağlayırlar. Sərt qaydaların məqsədi odur ki, vətəndaşlar istismara yararsız olan avtomobillərini bu məsələ ilə bağlı sığortalaya bilməsinlər. Çünki, burada aydındır ki, sığorta şirkəti də pul qazanmaq istəyir. Əgər istismar müddətini bitirmiş avtomobil olursa, hansısa anda qəza baş verə bilər. Qəflətən yolda gedərkən və s. və bu da sığorta şirkətinin zərərliliyinə gətirib çıxardır".

Onun sözlərinə görə, kasko sığortasının qiyməti avtomobilin markası, modeli və dəyəri, eləcə də sığorta səviyyəsindən asılı olaraq dəyişir:

"Kasko sığortanin qiymətləri dünyada olan qiymətlərlə, dünyada olan sığorta qiymətləri ilə demək olar ki, aşağı-yuxarı eyni səviyyədədir. Hansi ki, məsələn, biz deyirik 1-7 faiz hissəsində. Əgər əmlakımızın, yəni avtomobilimizin  qiyməti nə qədərdirsə 1-7 faiz dəyərində bir illik sığorta haqqı müəyyən olunur. Sığorta hadisəsi baş verirsə onda növbəti il bu daha da çox olur, çünki bu risk amilini nəzərə alaraq belədir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
26
operativmedia.az

10Mənbələr