AZ

Azərbaycanda bu bazarı vətəndaş yox, qanun böyüdür

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 542,841 milyon manat sığorta haqqı toplanılıb. 

“Cebhe.info” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur. Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub. 

Ölkəmizdə icbari sığorta bazarının böyüməsi müsbət amildir? 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, istənilən halda sığorta bazarının böyüməsi iqtisadiyyatda müsbət amillərə xidmət edir:

“Ölkəmizdə də icbari sığorta bazarı gündən-günə böyüyür. Ən çox sığortadan istifadə nəqliyyat sahəsindən sonra artıq daşınmaz əmlakın da icbari sığortalanması tətbiq olunur. Avtomobillərdə yanaşı, məhz daşınmaz əmlakın və fermerlərin də icbarı sığortası dövlət dəstəyi ilə sığortalanması da artıq tətbiq olunduğu üçün deyə sığorta bazarının böyüməsinə əsas səbəb olur”. 

Ekspert vurğulayıb ki, ölkəmizdə sığorta bazarının böyüməsi orqanik deyil:

“Yəni daha çox qanunvericiliyin gətirdiyi böyümə ilə əlaqələdir. Könüllü üsülla sığorta bazarında böyümə amili çox kiçikdir. Amma istənilən halda sığortadan istifadə edənlərin sayının artması pozitiv amildir”. 

Ekspert qeyd edib ki, sığorta bazarını daha orqanik və daha təbii səbəblərdən böyüməsi yolunda müəyyən addım atıla bilər:

“Çünki sığorta şirkətləri gücləndikcə, onların böyüməsi üçün də rahat şərait yaradıla bilər. Elə olan halda da sığortadan istifadə edən vətəndaşların mülkiyyətinin daha təhlükəsiz şəkildə qorunmasına imkan yaranar”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
26
cebheinfo.az

10Mənbələr