AZ

Azərbaycan kəndləri əməliyyatla azad etməli olacaq, əgər...

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları Azərbaycanla işğal altındakı anklavların qaytarılması və sərhədlərin delimitasiyası prosesinin qarşısını ala bilər.

Müxalifətin hakimiyyətə gələcəyi təqdirdə, anklav kəndləri Azərbaycana qaytarmaqdan imtina edəcəyi şübhə doğurmur. Ümumiyyətlə, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, həm Qazax rayonu, həm də Naxçıvan Muxtar Respublikası istiqamətində sərhədlərin müəyyənləşməsi yalnız anklav kəndlərin işğalına son qoyulduqdan sonra mümkündür.

Çünki həmin istiqamətlərdə sərhədlərin təhlükəsizliyi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildikdən sonra mümkündür. Lakin Ermənistanda Baş nazir postuna arxiyepiskop Baqrat Srbazanın namizədliyini irəli sürən revanşist müxalifət həmin kəndlərə ərazi iddiası irəli sürür və bu yaşayış məntəqələrinin Azərbaycana qaytarmaq istəyən Nikol Paşinyanı xəyanətdə ittihm edir. 

Ona görə də Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, hakimiyyətə gələcək “srbazançı”lar Qazax rayonunun Yuxarı Əskipara,  Barxudarlı, Sofulu və Sədərək rayonunun Kərki kəndlərini Azərbaycana qaytarmaqdan imtina edəcək. Bu isə Azərbaycanın öz suveren ərazilərini güc yolu ilə azad etmək hüququndan istifadə etməsinə səbəb ola bilər.

Çünki Baqratın tərəfdarları və ona siyasi havadarlıq edən “Qarabağ klanı” Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, o cümlədən də sərhədlərinin toxunulmazlığını tanımaq istəmir. Radikal müxalifətin bu mövqeyi Ermənistanı növbəti müharibəyə sürükləyə bilər. 

Bu baxımdan, anklav kəndlərin qaytarılması bütün hallarda qaçılmazdır. Paşinyan hakimiyyəti bu prosesi dinc yolla həyata keçirməyə çalışır. Ermənistan mətbuatı Paşinyanın kəndləri avqustun 15-dək qaytarmaq istədiyini yazır. 

Digər məlumatlara görə, Baş nazir iyul ayının sonlarına qədər bütün sərhəd boyu delimitasiya və demarkasiya işlərini başa çatdırmağı tapşırıb. Bu isə avqust ayına qədər Nikol Paşinyanın anklav kəndləri qaytarmaq istədiyini göstərir.

Hakimiyyət dəyişikliyi baş verəcəyi halda, anklavların işğalda qalması müəyyən müddət davam edə bilər. Yəni Paşinyanın hakimiyyətdən getməsi ehtimalı prosesi ləngidəcək. Ancaq bu müvəqqətidir və Azərbaycan kəndləri hərbi əməliyyat keçirməklə azad etməli olacaq. 

Anklavların qaytarılması məsələsi regionun gələcək siyasi coğrafiyasının da müəyyənləşməsinə təsir göstərə bilər. Yəni kəndlərin qaytarılması İrəvanda keşiş Baqratın keçirdiyi aksiyaların nəticəsindən asılı olacaq. Kəndlər dinc yolla qaytarılacağı təqdirdə, iki ölkə arasında müxtəlif illərin xəritələri tətbiq edilməklə Sovet dövründə mövcud olmuş inzibati sərhədlərin xeyli hissəsini bərpa edilə bilər. 

Əgər Ermənistan yaşayış məntəqələrini qaytarmaqdan imtina edərsə, paralel olaraq, delimitasiya prosesindən çıxmış olacaq. Bu halda Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, sərhədlərin təhlükəsizliyini və toxunulmazlığını təmin etmək hüququndan istifadə edə bilər. Eyni zamanda, Azərbaycan tarixi sərhədlərini konstitusion qaydada özü bəpra etmək hüququ qazana bilər. 

Çünki Ermənistanın Azərbaycanla de-yure sərhədlərinin olmaması ilə bağlıdır. Hazırda Paşinyan kəndləri qaytarmaqla qısa müddətdə delimitasiya və demarkasiya prosesini başa çatdıraraq Ermənistanın sərhədlərinin yaradılmasına nail olmaq istəyir. Əks təqdirdə, Ermənistan dövlətinin mövcudluğundan danışmaq mümkün deyil. 

Çünki nə 1918-1920-ci illərdə, nə Sovet dövründə, nə də müstəqillik dönəmində Ermənistanın Azərbaycanla beynəlxalq hüquqla tanınmış sərhədləri olmayıb. Ermənistan Sovet dövründə Azərbaycanla 1007 kilometr inzibati sərhəddə malik olub. Hazırda Azərbaycanla Ermənistan arasında həmin sərhəd xəttinin cımi 12,7 kilometri de-yure razılaşdırılıb.

Şərti sərhədin 994,3 kilometri de-yure mövcud deyil. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında sərhədlərlə bağlı qarşılıqlı hüquqi öhdəlik yaradan dövlətlərarası müqavilə yoxdur. Ona görə də Azərbaycan həm anklav kəndləri azad etmək, həm də sərhədlərini özü müəyyən etmək hüququna malikdir. 

Seçilən
113
50
cebheinfo.az

10Mənbələr