AZ

Məşhur aktyor QƏTLƏ YETİRİLDİ - FOTO

Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.

 

Bizimshow.az xarici KİV-ə istinadən bildirir ki, aktyor Los-Ancelesdə güllələnib.

 

Los Anceles Polis Departamentinin məlumatına görə, hadisə bazar günü saat 3 radələrində Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib.

Məlumata görə, xəstəxanaya çatdırılan 37 yaşlı Vaktor aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Qeyd edək ki, aktyor daha çox “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb.

(lent.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
12
bizimshow.az

10Mənbələr