AZ

Ərəb ölkələrinin liderləri Çinə səfər edəcəklər

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin dəvəti ilə bir neçə ərəb ölkəsinin lideri Çinə səfər edəcək.

AZƏRTAC Çin Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına istinadla xəbər verir ki, Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Tunis Prezidenti Kays Sayid və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan mayın 28-dən iyunun 1-dək Çində rəsmi səfərdə olacaqlar.

Çin XİN-in məlumatına görə ÇXR Sədri Si Cinpin və ərəb dövlətlərinin rəhbərləri mayın 30-da Pekində keçiriləcək 10-cu Çin-Ərəb Ölkələri Əməkdaşlıq Forumunun nazirlər konfransının açılışında iştirak edəcəklər. Konfransda digər ərəb ölkələrinin yüksək vəzifəli rəsmiləri, Ərəb Dövlətləri Liqasının baş katibi də iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
50
yeniazerbaycan.com

10Mənbələr