AZ

U-23: Sərbəst güləş üzrə millimiz də Avropa çempionu oldu

İlk dəfə Azərbaycanda təşkil olunmuş və Bakı İdman Sarayında keçirilən güləş üzrə U-23 Avropa çempionatı bu gün başa çatıb.

Arena.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz digər komandalarımızın uğurunu davam etdirib.

1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız 137 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.

Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.

Xatırladaq ki, millimizin heyətində Cəbrayıl Hacıyev Avropa çempionu olub. Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş medalla kifayətləniblər. Nürəddin Novruzovla (61 kq) Arseni Djioyev (86 kq) isə bürünc medal qazanıblar.

Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olmuşdu. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığmamız isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
5
arena.az

10Mənbələr