AZ

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Ölkəmizdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.

Medianews.az İdman.biz-ə istinadən xəbər verir ki, sərbəst güləş üzrə yığmamız komanda hesabında 1-ci yeri tutub.

1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan millimiz 137 xal toplayaraq Avropa çempionu olub. Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.

Komandamızın heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız da ümumi hesabda Avropa çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
12
medianews.az

10Mənbələr