AZ

SosialMilli Parkda elektron skuterdən yıxılan qızın aldığı xəsarətlə bağlı AÇIQLAMA

SİZİN REKLAM BURADA!055 213 76 73

"Milli Parkda elektron skuterdən yıxılan qız qapalı kəllə-beyin travması alıb".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Dənizkənarı Bulvar ərazisindən 25 may tarixində saat 15:18-də 13 yaşlı şəxsin (cinsi qadın) yıxılması səbəbi ilə çağırış daxil olub.

"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə, 13 yaşlı şəxs qapalı kəllə-beyin travması diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub".

Xatırladaq ki, ötən gün Milli Parkda, "Saat qülləsi"nin yanında, elektron skuterdən istifadə edən qız yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
6
far.az

10Mənbələr