AZ

Bulvarda skuterdən yıxılan qız başından ağır xəsarət aldı

Bu gün Dənizkənarı Milli Parkda bədbəxt hadisə baş verib.

 

Pravda.az oxu.az-a istinadla xəbər verir ki, hadisə şahidi məlumat verib.

 

O qeyd edib ki, Milli Parkda, "Saat qülləsi"nin yanında, elektron skuterdən istifadə edən qız yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

 

"Xəsarət nəticəsində başından xeyli qan itirib. Hadisə yerinə ətrafdakı vətəndaşların çağırdığı təcili tibbi yardım maşını gəlib. Lakin Dənizkənarı Bulvar İdarəsi nümayəndələrindən heç kəs hadisə yerində görünməyib", - deyə hadisə şahidi qeyd edib.

Tarix: 25 May 2024, 22:16   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
16
pravda.az

10Mənbələr