AZ

"Qarabağ"dan cavab qolu, “Turan Tovuz”"Kəpəz"ə qalib gəldi - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

QOL.az xəbər verir ki, 36-cı turun son günündə 2 matç keçirilir. Əvvəlcə Qərb derbisi oynanılıb. "Turan Tovuz"  "Kəpəz"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Digər matçda 9-cu yerdəki "Araz-Naxçıvan" mövsümün qalibi "Qarabağ"la qarşılaşacaq. Bu oyun isə saat 19:30-da start götürəcək. Görüş başa çatdıqdan sonra "Qarabağ"a qızıl medallar və çempionluq kuboku təqdim olunacaq.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün 2-cisi "Zirə" olub. "Sabah" 3-cü, "Sumqayıt" isə 4-cü yeri tutub. Beləliklə, yeni mövsüm Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.

26 may (bazar)

 

19:30. “Araz-Naxçıvan” – “Qarabağ”  - 1:1 (Birinci hissə)

Qol: Elvis Maşike, 4 (1:0), Juninyo, 27 (1:1)
“Azersun Arena”

17:00. “Turan Tovuz” – “Kəpəz” -  1:0 

Qol: Otto Con, 74
Tovuz şəhər stadionu

Reallaşdırılmayan penalti: "Turan Tovuz, 25-qapıçı

25 may (şənbə)

“Zirə” – “Səbail” - 1:0 

“Neftçi” – “Sabah” - 0:1

“Sumqayıt” – “Qəbələ” - 1:0 

N Klublar O Q H M T-F X
1 Qarabağ 35 26 4 5 95-35 82
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Kəpəz 36 9 8 19 39-67 35
9 Araz-Naxçıvan 35 9 8 18 29-48 35
10 Qəbələ 36 7 5 24 30-64 26

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 19 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
11
teleqraf.com

10Mənbələr