AZ

“Turan Tovuz”“Kəpəz”ə qarşı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

QOL.az xəbər verir ki, 36-cı turun son günündə 2 matç keçiriləcək. Əvvəlcə Qərb derbisi oynanılacaq. 6-cı yerdəki "Turan Tovuz" 8-ci pillədəki "Kəpəz"i qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Digər matçda 9-cu yerdəki "Araz-Naxçıvan" mövsümün qalibi "Qarabağ"la qarşılaşacaq. Bu oyun isə saat 19:30-da start götürəcək. Görüş başa çatdıqdan sonra "Qarabağ"a qızıl medallar və çempionluq kuboku təqdim olunacaq.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün 2-cisi "Zirə" olub. "Sabah" 3-cü, "Sumqayıt" isə 4-cü yeri tutub. Beləliklə, yeni mövsüm Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.

26 may (bazar)

17:00. “Turan Tovuz” – “Kəpəz” -  0:0 (Birinci hissə)
Tovuz şəhər stadionu

19:30. “Araz-Naxçıvan” – “Qarabağ”
“Azersun Arena”

25 may (şənbə)

“Zirə” – “Səbail” - 1:0 

“Neftçi” – “Sabah” - 0:1

“Sumqayıt” – “Qəbələ” - 1:0 

N Klublar O Q H M T-F X
1 Qarabağ 35 26 4 5 95-35 82
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 35 12 9 14 52-53 45
7 Səbail 36 11 9 16 50-60 42
8 Kəpəz 35 9 8 18 39-66 35
9 Araz-Naxçıvan 35 9 8 18 29-48 35
10 Qəbələ 36 7 5 24 30-64 26

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 19 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
11
teleqraf.com

10Mənbələr