AZ

Ağır qəza baş verib: Yaralılar var +FOTO

Göyçayda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

 

"Report" xəbər verir ki, bunlar “Volkswagen” markalı minik avtomobilinin sərnişini Soltanov Ramin Maarif oğlu və “Lada Priora” markalı minik avtomobilinin sürücüsü Rəhimov Ramin Müslüm oğludur.

 

Qeyd edək ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Volkswagen” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub.

 

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Fakt araşdırılır.

 

İlhamə Quliyevanın oğulluğunun itkin düşməsinin DETALLARI +VİDEO

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
oxu24.com

10Mənbələr