AZ

Tacikistanla münasibətlərin yüksələn xətlə inkişafı yüksək qiymətləndirilir

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub.

Cənab İlham Əliyev Avropanın bir sıra inkişaf etmiş ölkələri ilə, Türk dünyasının bütün dövlətləri ilə və Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanla münasibətlərin yüksək səviyyədə qurulmasına nail ola bilmişdir.
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması da bu siyasətin tərkib hissəsi kimi dəyərəndirilməlidir.
Sənədlərin imzalanması mərasimindən sonra hər iki dövlət başçısı mətbuata Bəyanatla çıxış ediblər. Qardaş ölkə olan Tacikistanla münasibətlərin yüksələn xətlə inkişafını yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə o lunub.”
Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənədin, ümumilikdə 14 sənədin imzalandığını qeyd edən ölkə başçısı bildirib ki, bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forumun keçirildiyini bildirən cənab İlham Əliyev bildirib ki, forumun nəticələri qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.”
Sənaye kooperasiyası ilə bağlı məsələlərin ətraflı müzakirə eddildiyini bildirən cənab İlham Əliyev əmin olduğunu bildirib ki, Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici olacaqdır: “ Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə – Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.”
Müsahibimiz son olaraq qeyd edib ki, “Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi qonşu regionlardakı ölkələrin də inkişafına şərait yaradır. Bu isə, ilk növbədə, Azərbaycanın gücünü, qüdrətini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib.
Eltun Süleymanov,
Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
moderator.az

10Mənbələr