AZ

Paşinyan: "Sərhədçilər Azərbaycanla sərhədin delimitasiya olunmuş hissəsində mövqe tutublar"

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunda delimitasiya olunmuş hissəsində mövqelərini tutublar.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

    “Hörmətli vətəndaşlar, bu gündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş rayonunun Berkaber kəndi boyunca 1,9 km, Voskepar və Bağanis kəndləri boyunca 4,9 km uzunluğunda olan dövlət sərhədinin mühafizəsini öz üzərinə götürüb” – Paşinyan qeyd edib.(APA)

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    107
    50
    demokrat.az

    10Mənbələr