AZ

Azərbaycan sərhədində mövqe tutduq - Paşinyan

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində delimitasiya olunmuş hissəsində mövqe tutublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

"Bu gündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş vilayətinin Berkaber kəndi boyunca 1,9 km uzunluğunda və Əskipara və Bağanis kəndləri boyunca 4,9 km uzunluğunda dövlət sərhədinin mühafizəsini öz üzərinə götürüb", - Paşinyan qeyd edib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
34
teleqraf.com

10Mənbələr