AZ

Azərbaycan və Tacikistan arasında münasibətlər tarixən özünün ən yüksək inkişaf səviyyəsinə çatıb - ŞƏRH

Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Həmin regionda Azərbaycanın yaxın dostluq əlaqələrinə malik olduğu dövlətlərdən biri də Tacikistandır. Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri hər iki ölkə arasında əlaqələrin inkişafında önəmli rola malikdir.

Dövlət başçıları arasında səmimi dostluq münasibətləri qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir.Təsadüfi deyil ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Xalqlarımız arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir.

Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq ölkəmizin eyni zamanda nəqliyyat-logistika sahəsindəki potensialını da olduqca artırdı. Çindən Avropaya həyata keçirilən daşımalar üçün ən yaxın və təhlükəsiz yol məhz Azərbaycanın ərazisindən keçir. Bu isə Azərbaycana olan marağı daha da artırır.

Mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin müqavilə-hüquq bazasını möhkəmləndirmək cəhətdən yeni inkişaf mərhələsinin əsasını qoymuş oldu. Azərbaycan və Tacikistan arasında münasibətlər tarixən özünün ən yüksək inkişaf səviyyəsinə çatıb. Səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsində qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.

Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əlaqələrin inkişaf dinamikasına öz müsbət təsirini göstərərək əməkdaşlığın daha dərinləşməsi üçün önəmli imkanlar yaradır. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
50
sesqazeti.az

10Mənbələr