AZ

Müharibə uzun müddət davam edəcək, cəhbədə vəziyyət... - ŞOK

️Rusiya Qərbin Ukraynaya verə biləcəyindən qat-qat çox silah istehsal edir. 

Musavat.com xəbər verir ki, bu sözləri İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Büden Almaniyanın RND portalına müsahibəsində deyib.

Lakin onun fikrincə, nə Ukrayna Silahlı Qüvvələrinin, nə də Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hazırkı münaqişədə inamlı qələbə qazanmaq üçün kifayət qədər potensialı və imkanları var.

Bununla belə, Büden Rusiyanın hərbi komponentdə hələ də üstünlüyünün olduğunu vurğulayıb:

Micael_byden.jpg

"Putin Rusiya iqtisadiyyatını bizim bacarmayacağımız şəkildə müharibəyə hazırladı. Ruslar hazırda bizim Ukraynaya verə biləcəyimizdən qat-qat artıq silah istehsal edirlər".

İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı, həmçinin əlavə edib ki, yuxarıda qeyd olunan üstünlük həlledici olmayacaq, ancaq döyüş meydanında vəziyyəti bir az da çətinləşdirəcək: "Deməli, indiki münaqişə hələ uzun müddət davam edəcək. Bu gün cəbhədə vəziyyət dalana dirənib və müharibə sözün əsl mənasında çox uzun müddət davam edəcək".

Büden onu da bildirib ki, buna əsaslanaraq, İsveç hakimiyyəti Ukraynaya təhlükəsizlik və hərbi yardımla bağlı strateji planlarında artıq müvafiq dəyişikliklər edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
musavat.com

10Mənbələr