AZ

Peskov: “Ukrayna ordusu Rusiyanı Amerika silahları ilə vurmağa çalışır”

“Bu, ABŞ-ın münaqişədə iştirak dərəcəsini daha çox nümayiş etdirir”
“Ukrayna ordusu artıq Rusiya ərazisini Amerika silahları ilə vurmağa çalışır”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz bilirik ki, ümumiyyətlə, artıq Rusiya ərazisinə Amerika istehsalı olan silahlarla hücum etməyə cəhdlər edilir”, - Peskov bildirib.
Kreml rəsmisi qeyd edib ki, bu, ABŞ-ın münaqişədə iştirak dərəcəsini daha çox nümayiş etdirir.
Bundan əvvəl Pentaqon açıqlayıb ki, Co Bayden administrasiyası Ukrayna Silahlı Qüvvələrinə əks batareya döyüşü zamanı ABŞ-ın Rusiya ərazisinə silah zərbələri endirməsinə icazə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
28
ayna.az

10Mənbələr