AZ

Gürcüstan Azərbaycanla sərhəddə yeni yol TİKİR

Gürcüstan hökuməti Rustavidən Azərbaycan sərhədinə qədər 32 kilometrlik 4 zolaqlı avtomobil yolunun tikintisinə 202 milyon dollar (187 milyon avro) xərcləməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bununla bağlı Gürcüstanın "BM.ge" biznes portalı məlumat yayıb.

 

Bu məbləğin böyük hissəsi Avropa İnvestisiya Bankının 150 milyon avroluq kreditidir.  Layihəyə əsasən, yeni yol demək olar ki, mövcud yola paralel uzanacaq.

 

Hazırda tikintiyə nəzarət edəcək şirkətin seçilməsi üçün 5 milyon avro dəyərində beynəlxalq tender elan olunub. Növbəti mərhələdə tikinti şirkətləri seçiləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
modern.az

10Mənbələr