AZ

Ermənistan sərhəddə yeni yol çəkir

Ermənistanın Tavuş rayonunun Kirants kəndinə sərhədin delimitasiyası və demarkasiyası çərçivəsində yeni yol çəkiləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin aparat rəhbəri Araik Harutyunyan bildirib.

 

O, sosial media hesabında Kirants-Açarkut yolunun yenidən qurulduğunu qeyd edib.

 

"Dünən Kirants-Açarkut yolunun bərpası üzrə işlərə start verilib. Yol beynəlxalq standartlara uyğunlaşdırılacaq", - deyə Harutyunyan vurğulayıb.

 

Məlumata görə, yol genişləndiriləcək və yük maşınlarının gediş-gəlişi təmin ediləcək. Bərpa işləri iki ay ərzində başa çatdırılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
25
modern.az

10Mənbələr