AZ

ABŞ Polşaya nüvə silahı yerləşdirir? – AÇIQLAMA

“ABŞ NATO-nun “Nüvə Paylaşımı” proqramının bir hissəsi olaraq Polşa ərazisində nüvə silahının yerləşdirilməsi üçün Varşava ilə danışıqlar aparmır”.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə deyib.

Onun sözlərinə görə, Vaşinqtonun bu məsələ ilə bağlı siyasətində hər hansı dəyişiklik baş verməyib. Polşa prezidenti Anjey Duda isə bildirib ki, lazım gələrsə, Varşava NATO-nun nüvə başlıqlarını ölkə ərazisisində yerləşdirməyə hazırdır.

Qeyd edək ki, məsələ ABŞ-dan olan tərəfdaşlarla artıq dəfələrlə müzakirə edilib. Lakin indiyədək nə Polşa hakimiyyəti, nə də onların NATO üzrə tərəfdaşları yekun qərar qəbul etməyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
42
nocomment.az

10Mənbələr