AZ

Rusiya Xarkov üçün hücuma başlayıb – Ağ Ev

Rusiya Silahlı Qüvvələri Xarkova hücuma başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib: “Ancaq onu deyə bilərəm ki, biz Rusiyanın Xarkova hücuma başlayacağını gözləyirdik, görünür, bu, indi başlayıb. Biz fəaliyyətimizi Ukrayna ilə yaxından əlaqələndirirdik ki, onlara buna hazırlaşmağa kömək edək. Biz gözləyirik ki, Rusiya Xarkovda irəliləməyə çalışacaq, həmçinin Rusiyanın yaxın həftələrdə əlavə addımlar atması da mümkündür. Amerika yardımının axını Ukraynaya 2024-cü il ərzində müqavimət göstərməyə imkan verəcək”.

Kirbinin sözlərinə görə, aprelin 24-də ABŞ-ın elan etdiyi hərbi yardım paketindən “artilleriya mərmiləri və tank əleyhinə sistemlər üçün raketlər də daxil olmaqla” əhəmiyyətli miqdarda sursat artıq Ukraynaya çatdırılıb: “Ukrayna öz suveren ərazilərində istifadə üçün ATACMS uzaqmənzilli taktiki ballistik raketlər alıb ki, bu da rus qoşunlarını Ukrayna ərazisində istənilən yerə sığınmaq imkanından məhrum edir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
42
bakuinform.agency

10Mənbələr