AZ

İqtidar partiyası heç bir halda Paşinyanın istefasına lüzum görmür-Zeynal Əmrəliyev- ÖZƏL

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası müxalifətin addımları fonunda baş nazir Nikol Paşinyanın mümkün istefası və ya növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə etmədiklərini bəyan edib.

"Ermənistanda iqtidarda olan "Vətəndaş müqaviləsi" partiyası müxalifətin addımlarını gördü. Müxalifət ümumilikdə prosesə adam cəlb edə bilir və buna görə də qərarlaşdırdılar ki, bu məsələni çox da ciddiyə almasınlar".

Bu fikirləri Olaylar.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edir:

"Çünki Ermənistan əhalisi həmin qüvvələrə dəstək verir. Nə qədər ki, həmin qüvvələr revanşist fikirlərini təbliğ edəcəklər, Azərbaycanla münasibətlərin müharibə vəziyyətinə aparılması barəsində çağırışlar, müharibə edəcəklər, Ermənistan xalqı onlara dəstək verməyəcək. Çünki erməni xalqı yaxşı başa düşür ki, artıq Azərbaycanla müharibə mümkün deyil. Yəni müharibə etsələr, uduzacaqlar. Qarabağın yenidən Ermənistan tərəfindən işğalı mümkün deyil. Buna görə də bu məsələləri dəstəkləyən, irəli sürən qüvvələrə dəstək vermirlər. Bu səbəbdən iqtidar partiyası heç bir halda Paşinyanın istefasına lüzum görmür. Hətta mən Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləcəyini də düşünürəm. Mənim fikrimcə, yaxın gələcəkdə Ermənistan prezident respublikasına çevrilə bilər. Paşinyan öz mövqelərini gücləndirmək üçün belə bir addım ata bilər. Çünki hal- hazırda müxalifət çox zəif vəziyyətdədir və bunu Paşinyan da gördü. O, bu məsələdən istifadə etmək, müxalifətin üzərinə getmək istəyəcəkdir. Nə qədər çalışsa da keşiş Baqrat Qalstanyan müxalifəti bir araya toplaya, insanları həmin o proseslərə cəlb edə bilmədi. Həmçinin digər müxalifət qüvvələri-Qarabağ klanı, digərləri fiaskoya uğradılar. Lazımı insanları prosesə cəlb edə bilmədilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
olaylar.az

10Mənbələr