AZ

Ermənistan hakimiyyəti keşişlə üz-üzə... – Sülh sazişinə gedən yolda Azərbaycanı nə gözləyir?

“Ermənistanın dünyadan əli üzüləndə ümidlərini göyə bağlayır. Bu cəmiyyətin xəstə təfəkkürü, boş xəyallarının konkret obyektlərlə doyması, dolması mümkün olmadığı üçün abstrakt nəsnələrə əl atılır. Ən son olaraq Parlamentin spikeri Alen Simoniyan hökumət əleyhinə etirazlara görə erməni kilsəsini tənqid etdi və arxiyepiskoplardan birinin başçılıq etdiyi mövcud etirazlara cavab olaraq daha çox vergi tətbiq edilməli olduğunu bildirdi. Burdan belə məlum olur ki, Simonyan onlara qarşı şəxsən daha sərt mövqedədir. Bunu sübut edən amil isə Simonianyanın parlament zalında kilsəyə hücum etməsi oldu”.

Bu sözləri Ednews-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Onun sözlərinə görə, ritorikada artıq kilsənin siyasət, ticarət, “vergi öhdəlikləri”, biznes kimi məfhumlarla yanaşı işlədilməsi, mövcud bənzətmələr vəziyyətin getdikcə çirkablaşdığının təzahürüdür:

pp.jpg

“Bu, Ermənistanın dövlət kimi daxili işi, cəmiyyət kimi isə bir növ xislətidir. Diqqətimi cəlb edən məsələ isə bunun məhz Simonyan vasitəsilə çatdırılması və onun kilsənin vergi ödəmədiyi fikrinə Baqrat Qalstanyan tərəfindən yalan danışmaqda ittiham etməsini bildirməsinin ardınca xaricə bağlı media orqanı tərəfindən ödənilən vergilərlə bağlı dərhal uzun siyahı tərtib edilib dəstəklənərək, ermənilərin böyük əksəriyyətinin nominal olaraq mənsub olduğu qədim kilsənin Dövlət Gəlirləri Komitəsinin ötən ay açıqladığı ölkənin 1000 ən böyük vergi ödəyicisi siyahısında 488-ci yerdə olmasını göstərməsi, onun yalnız qeyri-kommersiya xarakterinə, Ermənistan konstitusiyasının ölkənin tarixində, ictimai həyatında “müstəsna rolu” kimi təsvir etdiyinə görə əmlak vergilərindən azad olduğunu yazmasıdır. Deməli, məsələ daxili məsələ deyil. Ermənistanda hakimiyyət dəyişikliyində kənar, xarici maraqlar da heç olmadığı qədər ağırlıq təşkil edir. Bu məqamda onu da əlavə edim ki, Qalstanyan artıq müxalifət partiyaları ilə görüş də keçirib və iddia edir ki, onun baş nazir postuna gəlməsi dəstəklənir, yeganə ilişdiyi məqam hər gün görüşdüyü, vəziyyəti müntəzəm müzakirə etdiyi həzrətlərdir. Sözsüz ki, o, son illərdə Paşinyanla getdikcə daha çox ziddiyyət təşkil edən kilsənin ali rəhbəri katolikos II Qaregini nəzərdə tutur. Qalstanyan etiraf edir ki, katolikosa bütün məlumatları verir, detalları danışır və müzakirələr sadəcə katolikosla məhdudlaşmır, digər din xadimləri də prosesdə iştirak edir. Xatırladaq ki, Paşinyanı əvvəlki məqamlarda müxaliflər bir neçə dəfə devirmək istədilər, lakin uğursuzluğa düçar oldular”.

Politoloq qeyd etdi ki, hökumətlə kilsə arasında gərginlik ilk deyil:

“Ötən ilin oktyabrında Qareginin Paşinyanı Azərbaycanın Qarabağı “geri alması” və bunun nəticəsində bölgənin etnik erməni əhalisinin kütləvi şəkildə köçməsində günahlandırdığı zaman da hərarət artmışdı. Müxalifət partiyaları Paşinyanı devirməyin mümkün olmadığını, sülhə doğru gedildiyini görüb, son mərmilərini Qalstanyanın əlinə verdilər. Lakin bilirlər ki, hətta xaricdən nə qədər dəstək olsa belə elə məhz güvəndikləri, ali dəyərləri göylərdən yerə endirərək indiyə qədər onsuz da hər şeyin üstündən xətt çəkənlər indi görüntü xətrinə olsa da əslində isə nüfuza zərər olduğunu bilərək keşişin hakimiyyətə gəlməsinə icazə verməyəcəklər. Sülhə gedən yol hamar olmayacaq. Regionda qan tökülməsə də, müəmmalı və qaranlıq məqamlarla “axıdılacaq”, qurbanlar veriləcək. Son dərəcə diqqət tələb edən son akkordların üzərindəyik. Ermənistanı önə çəkmək istəyən qüvvələrin əksinə gedərək onları orta əsrlərə sürükləmək cəmiyyətə müharibədə uduzmaqdan heç də zəif sayılmayan zərbə olar. Düşünmürəm ki, son məqamda katolikos keşişə razılıq verəcək. Bu, tamamilə hakimiyyətlə katolikos II Qaregin arasında iplərin qopması anlamına gəlir. Elə məhz bu məqamda o amilə qayıdaq ki, baş nazir Nikol Paşinyanın ətrafının əsas üzvlərindən biri olan məhz Simoniyana vergi məsələlərin dedizdirilməsi təsadüf deyil. Yuxarıda sadaladığım çirkin bənzətmələr fonunda maliyyə məsələlərin xatırladılması, kilsəyə maddi dəstək axınının azalması mesajı Qalstanyanın son ümidi, nəfəs borusu hesab etdiyi kilsənin bu cür davam edilərsə nəfəslərinin tamamilə kəsilməsinə, daha çox vergi tətbiq ediləcəyinə vurulan eyhamdır”.

Qeyd edək ki, Baqrat Qalstanyan erməni jurnalistlərlə söhbətində deyib ki, biz buna 6 il dözdük - bir neçə gün də bu əzaba, fəlakətə, dağıntıya dözün. O, Paşinynanı devricəyinə əminliyini ifadə edib.

“Heç nə dəyişməyib, onlar (hakimiyyət – red.) sadəcə narahatdırlar. Onlar kiminsə “qulağını” axtarırlar, çünki özləri hakimiyyətə belə gəliblər.

Oğuz  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
ednews.net

10Mənbələr