AZ

Avroliqanın qalibi “Atalanta” oldu: “Bayer” 49 oyun sonra məğlubiyyəti daddı – FOTO

Bu gün Avropa Liqasında 2023/2024 mövsümünün final matçı keçirilib.

Yenicag.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın “Atalanta” klubu ilə Almaniya “Bayer” (“Leverkuzen”) klubu üz-üzə gəlib.

Qarşılaşma italyanların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu həm də “Bayer”in cari mövsümdə ilk məğlubiyyəti olub. Klub 49 oyundan sonra bu mövsüm məğlubiyyətə uğrayıb.

23:00. “Atalanta” (İtaliya) – “Bayer” (Almaniya) – 3:0

Qollar: Lukman, 12, 26, 76

Hakimlər: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).

VAR: Pol van Bökel (Niderland).

İrlandiya, “Dublin Arena”./Qafqazinfo/


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
41
yenicag.az

10Mənbələr