AZ

"Bayer"in qələbə seriyasına finalda son qoyuldu - "Atalanta" ÇEMPİON

Bu gün Avropa Liqasında 2023/2024 mövsümünün çempionu müəyyənləşəcək.

Titul.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində turnirin final matçı keçiriləcək. Həlledici görüşdə Almaniya "Bayer"i İtaliya "Atalanta"sı ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rumıniyalı FİFA referisi İştvan Kovaç idarə edəcək.

Qeyd edək ki, "Bayer" bu mövsüm qrup mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"la birlikdə H qrupunda mübarizə aparıb. Leverkuzen təmsilçisi lider kimi 1/8 finala, Ağdam klubu isə qrup 2-cisi kimi pley-offa vəsiqə qazanıb. "Bayer"in 1/8 finaldakı rəqibi də məhz pley-offda "Braqa"nı mübarizədən kənarlaşdıran "Qarabağ" olub.

Həmçinin bu mövsüm Bundesliqanın çempionu olan Xabi Alonsonun komandası cari mövsümdə heç bir turnirdə uduzmayıb. "Bayer"in ümumilikdə 51 oyunluq məğlubiyyətsizlik seriyası var. Komanda Bundesliqanı uduzmadan başa vurub. Mayın 25-də komanda Almaniya kubokunun finalında "Kayzerslautern"lə də görüşəcək. Bu həftəki matçlarda da "Bayer" qələbə qazansa, mövsümü heç bir turnirdə uduzmadan yekunlaşdıracaq.

Qeyd edək ki, Avroliqanın son qalibi "Sevilya"dır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
1
titul.az

10Mənbələr