AZ

"Şamaxı" Premyer Liqaya vəsiqə qazandı

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan 1-ci liqasında 2023-2024 mövsümünə yekun vurulub.

QOL.az xəbər verir ki, çempion komanda məhz sonuncu - 27-ci turda bəlli olub.

Lider "Şamaxı"ı autsayder "Araz Saatlı"nı 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 57-yə çatdırıb. Bununla da komanda 2-ci yerdəki "Qaradağ Lökbatan"ı 2 xal qabaqlayaraq 1-ci liqanın çempionu olub. Beləliklə, "Şamaxı" növbəti mövsüm yenidən elitada oynamaq hüququ əldə edib. 

Bu komanda 2022/23 mövsümündə də Premyer Liqada oynayıb.

22 may (çərşənbə)

1-ci liqa, 27-ci tur

16:00.MOİK – “İmişli” - 2:1
Binə qəsəbə stadionu

16:00.“Şamaxı” – “Araz Saatlı” - 3:1
Şamaxı şəhər stadionu (PFL TV/canlı)

16:00.“Mingəçevir” – “Qaradağ Lökbatan” - 2:2
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (PFL TV/canlı)

16:00. “İrəvan” – “Karvan” - 3:8
“ASK Arena” (PFL TV/canlı)

16:00.“Difai Ağsu” – “Zaqatala” - 1:1
Ağsu şəhər stadionu (PFL TV/canlı)

N Klublar O Q H M T-F X
1 Şamaxı 27 16 9 2 60-22 57
2 Qaradağ Lökbatan 27 15 9 3 46-21 54
3 İmişli 26 13 8 5 37-19 47
4 MOİK 26 13 7 6 51-27 46
5 Karvan 26 12 5 9 32-31 41
6 Zaqatala 26 7 9 10 30-33 30
7 İrəvan 26 8 3 15 29-51 27
8 Mingəçevir 26 7 5 14 18-37 26
9 Difai Ağsu 26 5 7 14 32-42 22
10 Araz Saatlı 26 4 1 21 27-77 13
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
18
teleqraf.com

10Mənbələr