AZ

Nazim Süleymanovdan əcnəbi qapıçı ilə bağlı QƏRİBƏ ADDIM

Birinci Liqanın 27-ci turunun "İrəvan" - "Karvan" matçında maraqlı olay yaşanıb.

Meydana çıxmağa 11 futbolçu sayı düzəlməyən meydan sahibləri fərqli yola əl atıb.

Baş məşqçi Nazim Süleymanov ehtiyat qapıçı Süleyman Süleymanovu əsas qapıçı kimi oynadaraq "bir nömrə" kimi görməyə alışdığımız Andrey Sinenkanı isə sahə oyunçusu kimi start heyətində meydançaya buraxıb.

Belaruslu qapıçı mövqeyi ilə bərabər forma nömrəsini də dəyişməli olub.

O, 33 nömrəli qapıçı formasını 6-ya dəyişib.

Hazırda ikinci hissəsi oynanılan matçda qonaqlar qalib gəlir - 5:2.

Sinenkanı isə meydanın hər zonasında görmək mümkündür.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
18
sportinfo.az

10Mənbələr