AZ

Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mundialın ikinci günü kişiər arasında yarışa qoşulan Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək dünya çempionatını mükafatsız başa vurublar.

Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
14
90deqiqe.az

10Mənbələr