AZ

Hidayət Heydərov dünya çempionu oldu

Cüdoçumuz Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

İdmanxeber.az xəbər verir ki, finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışın ikinci günü kişiərin yarışında mübarizəyə qoşulan Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
14
idmanxeber.az

10Mənbələr