AZ

"iPhone"un adı dəyişdirilə BİLƏR  

“iPhone” və digər "Apple" məhsullarının yaradılması üzərində işləyən marketoloq Ken Siqall şirkətə öz smartfonlarının adını dəyişməyi təklif edib.

Bizim.Media xəbər verir ki, Siqall bunu “Wired” nəşrinə müsahibəsində deyib. 

Segall “Apple”ın qurucusu Stiv Cobsun məhsullarını tanıtmaq üçün dəfələrlə işə götürdüyü reklam agentliyinin kreativ direktoru olub. 

Belə ki, Ken Seqall “iPhone”, “iPad” və digər cihazlarının adlarında “i” prefiksinin müəllifidir. Seqall bildirib ki, “Apple”ın bu addan imtina etməsinin vaxtı çatıb. 

Mütəxəssisin sözlərinə görə, cihazların adındakı “i” onların internetlə işlədiyini göstərirdi. O qeyd edib ki, hazırda bu prefiksin mənası yoxdur, çünki bütün müasir qadcetlər internetə qoşulub. 

Nəşrin jurnalistləri qeyd ediblər ki, “Apple” tədricən “i” prefiksindən imtina edir. Belə ki, son illərdə şirkət “Apple Watch”, “AirPods” və “Vision Pro” kimi bir neçə yeni cihaz buraxıb. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
13
bizim.media

10Mənbələr