AZ

Rusiyadan yeni nüvə təlimi

Rusiya ölkənin Cənub Hərbi Dairəsində nüvə silahından istifadə ilə bağlı təlimlərə başladığını açıqlayıb.

Ednews sozcu.com-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, “Rusiya prezidentinin tapşırığına əsasən, Baş Qərargahın rəhbərliyi altında qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təlimin birinci mərhələsinin başladığı vurğulanıb.

Açıqlamada bildirilib ki, təlim çərçivəsində sözügedən bölgədəki hərbi birliklər “İskəndər” taktiki raket sistemi üçün lazım olan sursatları təyin olunan nöqtəyə çatdırıb və istifadəyə hazır olacaqlar.

Açıqlamada hipersəsli “Kinjal” raketləri ilə təchiz edilmiş təyyarələrin də təlimə daxil ediləcəyi, “Təlim Rusiya nüvə qüvvələrinin hazırlıq qabiliyyətinin artırılması, habelə hərbi qüvvələrin ərazi bütövlüyü və suverenliyinin qorunması məqsədilə təşkil edilib”. 

 

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
ednews.net

2Mənbələr