AZ

Putin əmr verdi: Rusiyadan nüvə silahı təlimi

Rusiya Müdafiə Nazirliyi ölkənin “Cənub Hərbi Dairəsi”ndə nüvə silahından istifadə ilə bağlı təlimlərə başladığını açıqlayıb.

News24.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada, “Rusiya Prezidentinin tapşırığı və Baş Qərargahın rəhbərliyi ilə Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarının hazırlanması, istifadəsi üzrə təlimin birinci mərhələsi başlayıb".

Açıqlamada bildirilib ki, təlim çərçivəsində sözügedən bölgədəki hərbi birliklər “İskəndər” taktiki raket sistemi üçün lazım olan sursatları təyin olunan nöqtəyə çatdırıb və istifadəyə hazır olacaqlar.

Həmçinin, hipersəsli “Kinjal” raketləri ilə təchiz edilmiş təyyarələrin də təlimə daxil ediləcəyi, “Təlimin bəzi Qərb rəsmilərinin Rusiyaya qarşı təhdidlər ehtiva edən təxribatçı bəyanatlarına cavab olaraq Rusiya nüvə qüvvələrinin hazırlıq qabiliyyətinin artırılması, dövlətin ərazi bütövlüyü və suverenliyinin qorunması məqsədi ilə təşkil edilib".


Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
3
news24.az

5Mənbələr