AZ

Almaniya XİN: "Zelenski Ukraynanın legitim prezidentidir"

Almaniya Ukrayna lideri Volodimir Zelenskinin səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, ona ölkənin qanuni prezidenti kimi baxmaqda davam edəcək. 

Qaynarinfo xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfəri zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi mətbuat konfransında deyib. 

"Volodimir Zelenski Ukraynanın qanuni, legitim prezidentidir. Qarşımızda duran vəzifələri birlikdə həll edəcəyik", deyə Berbok qeyd edib.

XİN rəhbəri Ukrayna Konstitusiyasına istinad edib. Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, hərbi vəziyyət dövründə seçkilər keçirilə bilməz.

Mayın 20-də Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Ukrayna konstitusiyasına görə, ölkənin yeni prezidenti mayın 20-də and içməli idi, lakin müharibəyə görə seçki keçirilməyib.

Aydın


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
50
qaynarinfo.az

10Mənbələr