AZ

Göz yaşardan acı bibərin faydaları

Hər kəs tərəfindən sevilən və sevilməyən qidalardan biri də acı bibərdir. 

Mütəxəssislər qeyd edirlər ki, tərkibindəki beta karoten, C vitamini, kapsaisin və antioksidanlar sayəsində metabolizmanı sürətləndirir və xərçəngin qarşısını alır.

Hit.az xəbər verir ki, acı bibər metobalizmanı sürətləndirir. Lifli tərkibi və acı təsiri ilə bağırsaqların işləməsinə kömək edir, qəbzliyin qarşısını alır.

Acı bibər metobalizmanı sürətləndirdiyi üçün çəkisini nəzarətdə saxlamaq istəyənlərin də yeyə biləcəyi bir tərəvəzdir.

Acı bibərin tərkibində yüksək miqdarda beta karoten var. Bu isə xərçəngə qarşı qoruyucu təsirə malikdir.

Tərkibindəki kapsaisin bibərə acı dadının verməklə yanaşı bir çox faydası da var.

Aparılan araşdırmalara görə, acı bibərdə olan kapsaisinin eyni zamanda ağrıkəsici xüsusiyyəti də var.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
46
hit.az

10Mənbələr