AZ

Renat İsveçrəyə qayıda bilər

Azərbaycan milli komandasının forvardı Renat Dadaşov hələ ki, yeni sezona hansı komandada başlayacağını dəqiqləşdirməyib.

Apasport.az-ın əldə etdiyi məlumata görə, buna səbəb “Hatayspor”un Türkiyə Super Liqasında qalıb-qalmamayacağının dəqiqləşməməsidir.

Xatırladaq ki, mövsümün əvvəlində “Hatayspor” Dadaşovu “Qrasshopper”dən bir illik icarəyə götürüb. Amma Türkiyə təmsilçisi onun transfer hüququna yiyələnmək imkanına da sahibdir. 

“Hatayspor” Super Liqada qalarsa, Renatın transfer hüququna yiyələnəcək. Bunun üçün isə İsveçrə klubuna müəyyən məbləğ ödəniləcək. Amma millimizin hücumçusu daha yaxşı müqavilə şərti istəyəcək. Bu baş verməsə, Renat İsveçrəyə qayıdacaq. 

Əlavə edək ki, “Hatayspor” 37 turdan sonra 38 xalla 17-ci pillədədir. 16-cı pillədə qərarlaşan “Ankaragücü” isə 40 xala malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
33
apasport.az

10Mənbələr