AZ

Renat Dadaşov vurduğu qolu kimə həsr edib?

“Bu, Hatay üçündür”.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.

“Hatayspor”da çıxış edən 24 yaşlı hücumçu Türkiyə Super Liqasının 36-cı turunda, “Ankaragücü” ilə oyunun (2:1) 90-cı dəqiqəsində fərqlənərək qələbə qolunun müəllifi olub.

Hatay təmsilçisi 37 xalla 18-ci pillədə qərarlaşıb. Komanda şəhərdəki zəlzələdən sonra ev oyunlarını Mersində keçirir. Dadaşov ötən il İsveçrə təmsilçisi “Qrasshopper”dən “Hatayspor”a icarəyə verilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
327
33
news24.az

10Mənbələr