AZ

"iPhone"un büdcə versiyasının təxmini qiyməti məlum oldu

Qarşıdan gələn dördüncü nəsil "iPhone SE" sələflərindən baha olacaq, lakin yenə də qiyməti 500 dollardan aşağı olacaq. 

Valyuta.az xəbər verir ki, bu barədə "GSMArena" portalı "Revegnus" insayderinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Apple" "iPhone SE 4"ü 499 dollardan yüksək olmayan, lakin 429 dollar qiymətinə təklif edilən əvvəlki modeldən baha qiymətə buraxmağı hədəfləyir.

Güman edilir ki, insayderin məlumatları doğru olarsa, ABŞ-da "iPhone SE 4"ün qiyməti 10% arta və təxminən 470 dollar  təşkil edə bilər.

Şayiələrə görə, cihazın təqdimatı 2025-ci ildə gözlənilir. Smartfonun dizaynı "iPhone 14"ə bənzəyir. Bundan əlavə, "iPhone SE 4" "Touch ID" əvəzinə "Face ID" biometrik skaneri almalıdır, bu səbəbdən yeni məhsul bahalaşacaq.

Artıq 2024-cü ilin sentyabrında "Apple" dörd modeli özündə birləşdirən flaqman "iPhone 16" seriyasını təqdim edəcək. Gözlənilir ki, "iPhone 16 Pro" və 16 Pro Max 6,3 və 6,9 düymədək artırılmış displeylər alacaq.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
29
valyuta.az

10Mənbələr