AZ

Benzema Avropaya qayıda bilər

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Avropaya qayıtmaq istəyir. 

Offsideplus.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı fransalı forvardın vətənində işləmək imkanı var. "Lion" futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

Xatırladaq ki, Benzema "Real Madrid"dən "Əl-İttihad"a ötən yay keçib. “Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

 Qeyd edək ki, Kərim Benzema bu mövsümdə iştirak etdiyi 29 oyunda aktivinə 13 qol və 8 məhsuldar ötürmə yazdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
24
offsideplus.az

10Mənbələr