AZ

FED: Qərbin Rusiyaya qarşı sanksiyaları dolların qlobal iqtisadiyyatdakı roluna mənfi təsir göstərə bilər

Qərbin Rusiyaya qarşı sanksiyaları dolların qlobal iqtisadiyyatdakı roluna mənfi təsir göstərə bilər.

Fins.az-ın məlumatına görə, bunu ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Rəhbər Komitəsinin üzvü Kristofer Uoller “Amerika dollarının qlobal iqtisadiyyatda rolu” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, dolların beynəlxalq istifadəsi üçün çətinliklərdən biri onun geoiqtisadiyyatdan birbaşa asılılığı ilə bağlıdır.

“Artan geosiyasi gərginlik, Rusiyaya qarşı sanksiyalar, Çinin yuanın istifadəsini genişləndirmək cəhdləri və iqtisadi parçalanma dolların ilk növbədə aktivlər anbarı kimi beynəlxalq istifadəsinə və onun rəsmi valyuta ehtiyatlarında istifadəsinə təsir göstərə bilər”.

O qeyd edib ki, eyni faktorlar dolların beynəlxalq ödənişlər vasitəsi kimi roluna təsir edə bilər. Eyni zamanda, dollardan qlobal ehtiyat valyuta kimi mümkün imtina ilə bağlı proqnozlar hələ də özünü doğrultmayıb:

“Bir sıra göstəricilərə görə dollar ən çox istifadə olunan valyuta olaraq qalır, o cümlədən aktivlərin saxlanması və ödəniş vasitəsi kimi”.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
4
fins.az

9Mənbələr