AZ

Nazir müavini: İqlim dəyişmələri səbəbindən Eldar şamı və digər ağaclarda xəstəliklərin yaranması müşahidə edilir

Son dövrlər iqlim dəyişmələri nəticəsində havaların isti və quraq keçməsi, qışda şaxtasız günlərin çox olması zərərvericilərin, həşəratların çoxalması ağacların, bitkilərin xəstəliyə yoluxması ilə nəticələnir.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev “Yaşıl dünya naminə" Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda ölkə ərazisində bir sıra bitki növlərində, o cümlədən Eldar şamı və digər ağaclarda xəstəliklərin yaranması müşahidə edilir:

“Bu səbəbdən bitki sağlamlığı istiqamətində zəruri tədbirlər görülür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
report.az

6Mənbələr