AZ

İqlim dəyişiklikləri qida dəyərinin azalması baxımından təhlükə yaradır- Qoşqar Təhməzli

FAO-nun məlumatlarına əsasən, kənd təsərrüfatında bitki zərərvericləri 40%, təxminən 220 milyard ABŞ dollarından çox zərərlərə səbəb olur. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. 


Onun sözlərinə görə, zərərvericilərin yaratdığı təhdidlərin artmasının səbəblərindən biri də iqlim dəyişikliyidir.
 
"İqlim dəyişiklikləri qida dəyərinin azalması baxımından təhlükə yaradır. Hava temperaturunun yüksəlməsi zərərvericilərin meydana çıxmasına və daha geniş ərazilərə yayılmasına səbəb olur" , - Təhməzli mayın 21- də "Yaşıl dünya naminə" Bitki Sağlamlığı Forumunda çıxışı zamanı qeyd edib.
 
Sədr qeyd edib ki, hazırlanmış Milli Monitorinq Planı çərçivəsində 2023-cü il ərzində 1380 bitkiçilik təsərrüfatında monitorinqlər aparılıb. 

" Təsərrüfatlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 172 təsərrüfatda 176 karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb və zəruri tədbirlər görülüb", - o deyib.
 
Aygün Mirakif

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
4
anews.az

6Mənbələr