AZ

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Baxmayaraq ki, Volodimir Zelenskinin rəsmi olaraq dövlət başçısı kimi səlahiyyət müddəti mayın 20-də başa çatıb, BMT onu Ukrayna prezidenti kimi tanımağa davam edəcək.
 
Bu barədə jurnalistlərə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.
 
"Prezident Zelenski bizim üçün Ukraynanın dövlət başçısı və Ukrayna lideri ilə əlaqə saxlamaq lazım gəldikdə baş katibin ünsiyyət qurduğu şəxs olaraq qalır", - deyə o bildirib.
 
V.Zelenski 2019-cu ildə Ukrayna prezidenti seçilib və həmin il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Dövlət başçısı beş il müddətinə seçilir, seçkinin 2024-cü ilin martında keçirilməsi nəzərdə tutulurdu. Ancaq ölkə Konstitusiyasına uyğun olaraq, hərbi vəziyyət şəraitində onun keçirilməsi qadağandır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
50
moderator.az

10Mənbələr