AZ

TAP nümayəndəsi aşağı karbonlu yanacağa keçiddə qaz kəmərinin rolundan danışıb

Bakı. Trend:

Trans-Adriatik Boru Kəmərinin (TAP) potensial olaraq tamgenişləndirilməsi Avropa İttifaqının (Aİ) dekarbonizasiya üzrəhədəflərinin əldə olunmasına imkan yarada bilər.

Trend TAP-ınsosial şəbəkədəki məlumatlarına istinadən xəbər verir ki, bu barədə"TAP AG" şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri VüqarVeysəlov Belqrad Enerji Forumunda çıxışında deyib.

"TAP aşağı karbonlu gələcəyə enerji keçidinin dayanıqlı əsasdabaş verməsini təmin etməyə çalışır. TAP-ın potensial olaraq tamgenişləndirilməsi Aİ-nin dekarbonizasiya üzrə hədəflərinin əldəolunmasına kömək etməklə gələcəkdə yeni hidrogen həcmlərinin vədigər bərpa olunan qazların nəqlinə imkan yaradır", - o deyib.

Onun sözlərinə görə, TAP enerji təchizatı ilə əlaqədar ciddiproblemlər dövründə Aİ-yə yeni mənbədən və alternativ marşritla qaztədarükünü təmin edən mühüm enerji infrastrukturuna çevrilib.

V.Veysəlovun fikrincə, Avropanın aşağı karbonlu gələcəyə keçididövründə alternativ, təhlükəsiz, etibarlı və əlçatan enerjitəchizatının saxlanması rəqabət qabiliyyətinin qorunub saxlanmasıüçün mütləqdir

Xatırladaq ki, Azərbaycan qazının Avropa İttifaqına (Aİ)kommersiya tədarükü 31 dekabr 2020-ci ildə başladılıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAPvasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan vəBolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəqlolunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizivasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfəöz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyadatəbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışlaAzərbaycan öz ixrac imkanlarını şaxələndirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
50
az.trend.az

10Mənbələr