AZ

İtaliya Rusiyadan qaz nəqlinin dayanmasına hazırdır; Ölkə gündə Azərbaycandan 250 milyon kubmetr qaz alır

İtaliyanın idxal etdiyi qazın cəmi 2 faizi Rusiyadan alınır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna ərazisindən tranzitlə alınan Rusiya qazının tədarük olunduğu Tarvisio vasitəsilə infrastruktura, o cümlədən boru kəmərlərinə xidmət göstərən “Snam” əməliyyat şirkəti yayıb. Məlumatda qeyd edilir ki, Rusiya qazından gündəlik istifadə 20 milyon kubmetrdən çox deyil.

Müqayisə üçün qeyd edək ki, İtaliya Əlcəzairdən gündəlik 500 milyon kubmetr, Azərbaycandan bunun yarısı qədər qaz alır. Buna LNG əlavə olunur. İtaliya hazırda qaza olan tələbatını belə ödəyir. Ölkənin qaz anbarları 71 faiz doludur ki, bu da Avropa İttifaqı üzrə orta göstəricidən yüksəkdir.

İtaliya hökuməti bəyan edir ki, Ukrayna üzərindən Rusiya qazının nəqlinin dayanması ölkənin enerji təhlükəsizliyinə hər hansı təhdid yaratmayacaq. Bununla belə, ekspertlərin qeyd etdiyi kimi, enerji qiymətləri böhrandan əvvəlki dövrlə müqayisədə yüksək olaraq qalır ki, bu da istehlakçı üçün son qiymətə təsir göstərir.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
12
musavat.com

10Mənbələr