AZ

İran Prezidentinin vəfatı ilə əlaqədar Türkiyədə matəm elan edilib

İran

İstanbul, 20 may, Günel Karatepe, AZƏRTAC

İran Prezidenti Seyid İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar Türkiyədə birgünlük matəm elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

İran Prezidentinin vəfatının onu dərindən sarsıtdığını ifadə edən Ərdoğan deyib: “Nazirlər Kabinetinin iclasında İran xalqının yaşadığı dərin kədəri bölüşmək üçün ölkəmizdə matəm günü elan etmək qərarına gəldik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
255
50
azertag.az

10Mənbələr