AZ

Türkiyə də İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar matəm elan etdi

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Türkiyədə birgünlük matəm elan edilib.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bəyan edib.

 

“İran Prezidentinin vəfatı ilə əlaqədar İran xalqı ilə dərin hüznünü bölüşmək üçün ölkəmizdə bir günlük matəm elan etmək qərarına gəldik”, - deyə Ərdoğan bildirib.


Qeyd edək ki, İran Prezidenti və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar Suriya, Pakistan və Livan da matəm elan ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
329
50
senzor.az

10Mənbələr