AZ

Bu şəxslərin nəzərinə: maaşlarına aylıq əlavə pul...

Nazirlər Kabineti “Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği”nin təsdiq edib.

 

Pravda.az-ın xəbərinə görə, qərara əsasən, dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği aşağıdakı kimi olacaq:

 

Sıra

№-si

 

Vəzifələrin adı

Gəmilərin qrupu üzrə

ödənişin məbləği (ABŞ dolları ilə)

 

1-4

5

6 və yuxarı

1.

Kapitan

1980

2070

2250

2.

Baş (böyük) mexanik

1890

1980

2160

 

3.

Kapitanın böyük köməkçisi, 2-ci mexanik, böyük (1-ci)

elektromexanik, elektromexanik

 

1710

 

1800

 

1890

 

4.

Kapitanın 2-ci köməkçisi, kapitanın sərnişin üzrə köməkçisi, radiomütəxəssis, 3-cü mexanik,

2-ci elektromexanik

 

1620

 

1710

 

1800

5.

Komandir heyətinin başqa üzvləri, bosman, donkerman

1440

1620

1710

6.

Sıravi heyət (bosman, donkerman istisna olmaqla)

1350

1350

1350

 

Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatı faktiki iş günlərinə uyğun müəyyən edilir.

 

Xəzərdənkənar hövzələrdə üzən ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatının məbləği cədvəldə nəzərdə tutulan məbləğlərə 1,5 əmsal tətbiq olunmaqla hesablanır.

 

Eyni zamanda Nazirlər Kabineti müvafiq olaraq “Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edib.

 

Tarix: 20 May 2024, 18:07   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
4
pravda.az

10Mənbələr